RUSİYADA ANTİAZƏRBAYCAN KAMPANİYASI BAŞLADI
Baxış sayı: 14
Son dövrlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 9 may Qələbə Günü ilə bağlı qərarından sonra Rusiyada Vladimir Solovyov başda olmaqla bir sıra rəsmilər, siyasətçilər, ölkəmizə qarşı ittihamlar səsləndirməyə başlayıblar. Onların bu ritorikasında əsas hədəf kimi Rusiyada yaşayan əmək miqrantları, xüsusilə də azərbaycanlılar seçilib. Solovyov son çıxışında Rusiyada yaşayan miqrantların ölkədən qovulmalı olduğunu bildirib. Hələlik rəsmi səviyyədə deyilməsə də, ancaq rusiyalı aparıcılar, sosial media fenomenləri və bəzi politoloqlar Azərbaycan əleyhinə kampaniyaya başlayıblar. Bəzi ekspertlərin fikrincə, Moskva bu istiqamətdə ənənəvi təzyiq alətlərindən – informasiya hücumları, regiondakı separatçı təsirlər və ya iqtisadi rıçaqlardan istifadə edə bilər. Ancaq rəsmi Moskva anlamalıdır ki, Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikası deyil, tam müstəqil dövlətdir və öz yolunu özü müəyyən edir.