RUSİYADA 6,3 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB
Baxış sayı: 32
Kamçatkada yenidən zəlzələ baş verib.
Yeraltı təkanların gücü 6,3 bal olub. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən bilgi verilib. Seysmoloqların verdiyi bilgiyə görə, mənbə 82.3 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskdan 342 km aralıda qeydə alınıb. Zəlzələnin nə dərəcədə hiss olunduğu ilə bağlı hələlik dəqiq bilgi yoxdur. Zəlzələnin ardınca 200-dən çox afterşok qeydə alınıb ki, buda öz növbəsində sunami təhlükəsini artırıb. Hündürlüyü 2,5 metrə çatan dalğalar Çili sahillərinə çatıb. Sahil bölgələrinin bir milyon yarım sakini təxliyə edilib. Qeyd edək ki, zəlzələdən sonra Kamçatkada 600 ildir yatmış Kraşeninnikov vulkanı ilk dəfə püskürüb. Vulkanologiya və Seysmologiya İnstitutunun verdiyi bilgiyə görə, bu, müşahidələr tarixində qeydə alınan ilk püskürmədir. 6 kilometrə qədər yüksəkliyə qalxan kül tüyü Sakit Okeana doğru hərəkət edir. Bundan başqa zəlzələdən sonra Kamçatkadakı 30 aktiv vulkandan daha 7-si oyanıb. Onların arasında Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuchevskaya Sopka da var. Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Zəlzələdən sonra çox sayda afterşok qeydə alınıb.