RUSİYA – AZƏRBAYCANA 221 MİLYON MANAT QAZANDIRIB
Baxış sayı: 511
Azərbaycan məhsullarının əsas alıcılarından biri də Rusiya bazarıdır. Hər il ölkədən tonlarla meyvə-tərəvəz Rusiyaya ixrac olunur. Lakin bu proses heç də həmişə problemsiz ötüşmür. Belə ki, uzun illərdir ixrac etdiyimiz pomidorun bir qisminin güvə faktoru ilə Rusiya bazarına buraxılmayaraq geri qaytarılmasının şahidi oluruq. Nəticədə Rusiya ehtiyac duyduğu ərzaq və kənd təsərrüfatı məhsullarını əldə etmək üçün başqa bazarlara üz tutur. Hazırda isə təxminən altı aydır davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa və Qərb Rusiyaya ixracı dayandırmaqla bərabər, ciddi iqtisadi sanksiyalar tətbiq edir. Yəni həm ərzaq, həm də digər məhsullara görə Rusiyanın əlaqə qura biləcəyi cəmi beş-altı ölkə var ki, onlardan biri də Azərbaycandır. Qeyd edək ki, bu il Azərbaycandan ixrac olunan pomidorların böyük hissəsi, daha dəqiq desək bütün ixracın 97,5 faizi Rusiyanın payına düşüb. Bu ixrac hesabına yanvar-iyul aylarında Azərbaycan 221 milyon manat gəlir əldə edib.