RUSİYA ZƏNGƏZURDA NİYƏ KONSULLUQ AÇA BİLMİR ?

akimiyyət dairələrində dolaşan bilgilərə görə Rusiya XİN-i Sergey Lavrovun Ermənistana səfəri Rusiyanın Zəngəzurda konsulluq açmaq məsələsini həll etməyib. Bu barədə Hraparak qəzeti yazıb. Qəzet iddia edir ki, bu ərazidə Rusiyanın Konsulluğu açılmaya bilər. Rusiya tərəfi 2023-cü ildən bəri Zəngəzurda Konsulluq açmağa çalışır. 2022-ci ildən Qafan şəhərində artıq İranın Konsulluğu fəaliyyət göstərir. Yaxın günlərdə isə Gorusda Fransanın Konsulluğu açılacaq. Rusiya tərəfi mayın sonunadək konkret razılaşmanın əldə olunduğunu bildirsə də Ermənistan hökuməti məsələnin icrasını yubadır. Hakim Mülkü Müdafiə partiyasından deputat Marina Qazaryan isə Konsulluğun açılmasının niyə uzandığı ilə bağlı KİV-ə absurd bir cavab verib. O, bildirib ki, məsələ yerli hakimiyyətin səlahiyyətləri daxilindədir.Konsulluq üçün ərazi ilə bağlı məsələ hələ ki, həll olunmayıb. Hal hazırda uyğun yer axtarışı davam edir.