Rumıniyada yerləşən ABŞ-ın Hava Desant diviziyası təlimlər həyata keçirir. Yüksək rütbəli hərbi məmurlar bildiriblər ki, bu təlimlər ABŞ-ın NATO müttəfiqlərinə və Rumıniyaya sadiqliyini vurğulayır.
Digər NATO qoşunlarının da yer aldığı hərbi təlimlərin əsas məqsədi, Rusiyanın Ukraynada apardığı müharibə fonunda təhlükəsizliyi gücləndirməkdir. Qeyd edək ki, təlimlərdə NATO üzvü olan 12 ölkə və digər tərəfdaşların yer aldığı 3400 hərbçi iştirak edir.