Son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi bilgi yayıb. Bildirilib
ki, həmin postlardan 5-i Azərbaycan tərəfi ilə birgə qurulub. Xatırladaq ki, sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Hazırda sülhməramlılar Qarabağda əhalinin məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təhcizatının bərpası işlərində iştirak edirlər.