RUSİYA QARABAĞDA SÜLHƏ TÖHVƏ VERMƏK İSTƏYİR ?

Uzun müddətdir ki, Avropa və Rusiya ayrı – ayrılıqda Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək üçün sanki bir – birləri ilə rəqabət aparırlar. Məlumdur ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ilk dəfə vasitəçisiz telefon danışığı baş tutdu. Eyni zamanda sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı aprelin sonunda yaradılması nəzərdə tutulan sərhədlərin delimitasiyası nın tərkibi müəyyənləşməkdədir.