RUSİYA NÜVƏ RAKETİNİ DÖYÜŞ VƏZİYYƏTİNƏ GƏTİRİB

Rusiyanın Kaluqa vilayətində yerləşən hərbi hissələrdən birində YARS qitələrarası ballistik raketi atəş şaxtasına yerləşdirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bilgi yayıb. Qeyd olunub ki, raketin hazır vəziyyətə gətirilməsi xüsusi texnikanın köməkliyi ilə bir neçə saata həyata keçirilib. Əlavə olunub ki, daha bir nüvə raketinin istifadəyə verilməsi, Rusiyanın qarşısına qoyduğu istənilən strateji hədəflərə çatmasına şərait yaradacaq. Rusiya Müdafiə Nazirliyinin yaydığı bilgidə o da qeyd olunub ki, YARS Rusiya strateji raket kompleksi olub, başlığı ayrıla biləndi və Topol – M raket kompleksinin modifikasiya olunmuş versiyasıdır.