Rusiya prezidenti Vladimir Putin Rusiya hava yollarına Gürcüstana sərnişindaşıma və kommersiya məqsədli uçuşlar həyata keçirməyi qadağan edib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə,
Rusiya Federasiyasının milli təhlükəsizliyini təmin etmək, Rusiya vətəndaşlarını cinayət və digər qanunsuz hərəkətlərdən qorumaq məqsədilə qərar qəbul edilmişdir.
Bundan əlavə, qadağa qüvvədə olana qədər tur operator və səyahət agentliklərinə Gürcüstana bilet və turpaket satmamağı tövsiyyə görüblər.
Eyni fərmana əsasən, Putin hökumətə əmr etmişdir ki, Gürcüstana müvəqqəti olaraq getmiş rusların öz vətənlərinə qaytarılması təmin edilsin.