RUSİYA ELAN ETDİ: “İŞİMİZİ SONA QƏDƏR BİTİRMƏLİYİK”

 “Rusiya Ukraynada apardığı hərbi əməliyyatları sonadək davam etdirməlidir və bunun alternativi yoxdur”. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri

Peskov “Rossiya-1” telekanalının efirində yayımlanan “Moskva.Kreml.Putin” proqramında Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışarkən deyib. “Biz işimizi bilməliyik, işimizi görməliyik və işimizi sona qədər bitirməliyik. Bizimbaşqaalternativimizyoxdur”, – deyə RusiyaPrezidentinin mətbuat katibi bəyan edib.Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir neçə gün əvvəl bildirmişdi ki, “Daha geniş mənada, bizə qarşı bütün cəbhələrdə müharibə gedir : istər iqtisadiyyat, istər dövlətlərqrası münasibətlər. Emosiyalara qapılmamalıyıq. Ayıq olmalıyıq” – deyə o vurğulayıb.