RUSİYA BAKI İLƏ İRƏVANI SÜLHƏ SƏSLƏYİR

Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu sözləri Rusiyanın XİN – i Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı söyləyib. Lavrov qeyd edib ki, bugünkü görüşün əsas mövzusu Azərbaycan-Rusiya və Ermənistan liderləri arasında 2020 – ci ilin noyabr, 2021-ci ilin yanvar və noyabr aylarında, eləcədə bu ilin oktyabrında Soçi görüşü zamanı imzalanmış üçtərəfli bəyanatların icrası olacaq. Bundan başqa regionda əməkdaşlıq, Xəzər beşliyi, ATƏT, MDB – də əməkdaşlıq və digər proseslər də gündəlikdədir deyə, Rusiya XİN – i əlavə edib. Azərbaycan XİN – i Ceyhun Bayramov isə, öz növbəsində bildirib ki, Azərbaycanla- Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi, iki ölkə arasında aktiv dioloqun sübutudur. Habelə nazir xatırladıb ki, bu il Azərbaycanla- Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq deyə, Ceyhun Bayramov bildirib.