RUSİYA ABŞ-DAN İZAHAT TƏLƏB ETDİ

ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bilgi yayıb.Bildirilib ki, rəsmi Vaşinqtonun Ukraynadakı hərbi əməliyyatlarda iştirakına görə ABŞ səfirinə etiraz notası təqdim olunub. Vaşinqton hərbçilərinin və hərbi texnikasının Ukraynadan çıxarılmasını nəzərdə tutan addımlar atılmalı, həmçinin Rusiyaya qarşı yönəlmiş siyasətinə son qoyulmalıdır- deyə Rusiya XİN- nin verdiyi bilgidə qeyd edilib. Vurğulanıb ki, ABŞ-ın bütün sahələr üzrə Rusiya ilə qarşıdurmanı dərinləşdirməyə yönəlmiş aqressiv kursu əks effekt verir. Qeyd olunub ki, Rusiya ötən ilin sentyabr ayında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlara görə ABŞ-dan izahat istəyib.