Yaponiyanın məşhur "Henn na Hotel" ("Qəribə hotel") hoteli öz vəzifəsinin öhdəsindən gəlməyən, heyət və müsafirlər üçün problemlər yaradan robot əməkdaşların yarısından çoxunu "işdən azad" edib.
Bu barədə hotelin baş direktoru Takeosi Oi məlumat verib. O deyib ki, texnologiyalar sürətlə köhnəlir, robotların modernizasiyası isə baha başa gəlir."The Wall Street Journal" qəzeti bu hoteldə insanların həyatını rahatlaşdıran qurğuların qüsurlarından yazıb.Məsələn:nömrələrdə quraşdırılan köməkçi robotlar müsafirlərin xorultusunu tanıya bilmədiyi üçün onları "Nə ilə kömək edə bilərəm?" sualı ilə oyadıb. Məlumat üçün onu da bildirək ki,"Henn na Hotel" 2015-ci ildə Saseboda açılıb və Ginnesin Rekordlar Kitabına düşüb. Hoteldə cəmi 243 robot işləyir. Onların yarısı yararsız sayılıb.