REZİDENTURAYA QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİ İLƏ BAĞLI APELLYASİYA KOMİSSİYASI FƏALİYYƏT GÖSTƏRƏCƏK

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul üçün avqustun 4-də keçirilmiş baza fənləri üzrə ikinci cəhddə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına avqustun 6-8-də müraciət edə bilərlər.