Bakı Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev koronavirusla əlaqədar karantin rejiminin yumşadılmasından danışarkən məlumat verib ki, Bakı Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeronda karantin rejimi ilə bağlı elan edilən qadağalar qüvvədədir.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon istisna olmaqla yerdə qalan rayonların vətəndaşları öz ərazilərində gəzmələri icazəsiz həyata keçiriləcək: Belə ki ,"Qərarda adı olmayan rayonların vətəndaşları icazə almadan istədikləri yerə gedəcək. Amma Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron ərazisində bu məhdudiyyətlər aradan qaldırılmayıb. Yəni, adı gedən şəhərlərdə yaşayan vətəndaşlar mayın 31-nə kimi SMS və "icaze.gov.az”dan istifadə etməklə evdən çıxacaq. Rayon sakinlərinin Bakıya gəlişinə, eləcə də Bakıdan rayona getməyə icazə verilmir”.