RAYON AĞSAQQALLAR ŞURASININ HESABAT KONFRANSI KEÇİRİLİB

Qubada Rayon Ağsaqqallar Şurasının Hesabat Konransı Keçirilib. Ümumulli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri qoyduqdan sonra Qubada Rayon Ağsaqqallar Şurasının Hesabat Konransı açıq elan edilib. Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun iştirakı ilə keçirilən tədbirdə ölkəmizin inkişafında, mədəni-ictimai həyatımızın bir çox sahələrində, gənc nəslin milli adət-ənənələrə uyğun tərbiyə edilməsində və formalaşmasında ağsaqqallarımızın böyük əməyi olduğu vurğulanıb. ictimai-siyasi həyatında da ağsaqqalların əvəzsiz rolundan və nüfuzundan bəhs edilib. Bildirilib ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında ağsaqqalların tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Sonra konfransda tədbirin gündəliyindəki məsələlər müzakirə olunub.