RAMİZ QUSARÇAYLI : ”ƏGƏR TƏBRİZ MƏNİMDİRSƏ, DƏRBƏND NİYƏ MƏNİM DEYİL?”

Qafqaz Televiziyasında yayımlanan “Sözümüzün canı” verilişinin qonağı olan Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı bütöv Azərbaycanın yaranacağı ilə bağlı çox maraqlı bir açıqlama verib.Şair Ramiz Qusarçaylının verilişdə işlətdiyi bu ifadələr həm izləyicilər, həm də sosial-media istifadəçiləri tərəfdən rəğbətlə qarşılanıb.