RAMİZ QUSARÇAYLI YARADICILIĞINA HƏSR OLUNAN KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

26 oktyabr 2019-cu il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində tanınan yazar Ramiz Qusarçaylının yaradıcılığına həsr olunan tədbir mərasimi baş tutdu. Təqdimat mərasimində bir çox mötəbər qonaqlar,

bir sıra yerli söz ustaları iştirak edirdi. Həmçinin Yazıçılar birliyinin Quba bölməsinin “Gülüstan” və “Ay işığı” ədəbi məclisinin üzvləri, Xaçmazın “Ulduzlar” ədəbi məclis üzvləri və Şabran və Siyəzən rayonundan yazarlar qonaqlar iştirak edirdi. Səbəbkar Ramiz Qusarçaylı Qafqaz tv-yə müsahibəsində duyğularını dilə gətirdi. Təqdimatı olan kitabın müəllifi və 5 divan –ın sahibi Şahin Fazil, Ramiz Qusarçaylı yaradıcılığını yüksək qiymətləndirərək Çıxışında “1990-cı ildən bəri Ramiz Qusarçaylıya şeir yazdığını bildirdi”- Xüsusi dəvətlilər sırasında olan Nizami Cəfərov çıxışı zamanı Ramiz Qusarçaylının cəmi 7 kitabının çıxdığından məyusluq hissi keçirdiyini ifadə elədi. Təqdimatı olan kitabın redaktoru Əli Ələmi də Qafqaz tv-yə müsahibəsində Qubada olduğundan və tədbirdə iştirakından məmnunluğunu diqqətə çatdırdı. Sevgi və gözəllik vurğunu olan Qusarçaylı yaradıcılığına hər zaman uğurlar və qələminə qüvvət arzulayırıq. Zeynəb Nadirova, Əli Hacıyev, Xüsusi olaraq Yenilik Gündəlik bilgi paylaşımı üçün.