RAMİN BAYRAMLI:“KARANTİN REJİMİ BU İLİN SONUNA QƏDƏR DAVAM EDƏCƏK”

“Postların götürülüb-götürülməyəcəyinə DİN qərar verəcək” .Bunu, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib:

İbrahim Məmmədov götürülən bəzi məhdudiyyətlərin karantin rejimindən çıxışın yumşalması ilə bağlı üçüncü mərhələ olduğunu qeyd edib TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, yoluxanların 54,7 faizi Bakıda, 10,3 faizi Aran zonasında, 10,2 faizi Lənkəranda olub. Onun sözlərinə görə, ölkənin ikinci ən böyük şəhəri Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub. Amma buna baxmayaraq əks epidemik tədbirlər davam etdirilməlidir: Ramin Bayramlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra mayın əvvəlindən yoluxma hallarının sürətlə artdığını da qeyd edib TƏBİB-in sədri hazırda ölkədə koronavirusa yoluxmanın ikinci dalğasının yaşandığını bildirib Qurum rəsmisi Azərbaycanda karantin rejiminin bu ilin sonuna qədər davam edəcəyini də vurğulayıb. Yaxın bir il ərzində isə vaksinin əldə olunması gözlənilmir. 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur; • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür; • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla); • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.