Bakı şəhərində dəyirman və taxıl biznesi ilə məşğul olan işa adamı Əli Həsənov müqəddəs Ramazan ayı başlayandan bu yana xeyriyyə və savab üçün imsak süfrələri təşkil edir. Hər gün
açılan imsak süfrəsində qadınlar və kişilər böyük həvəs və maraqla iştirak edirlər. Əhya gecələrində isə həm imsak, həm də iftar süfrələri açılır. Bu müqəddəs gecələrin imsak saatlarında məscidin mərasim evində xüsusi coşğu yaşanır. 300-yə yaxın qadın və 500-ə yaxın kişi əhya gecələrinin imsak saatlarında məscidin mərasim evinə üz tuturlar. İftarda isə 150-yə yaxın qadın və 200-ə qədər kişi bu süfrələrin təamlarından dadaraq oruclarını açırlar. Bakı şəhəri Atçılıq qəsəbəsindəki İmam Cəfər Sadiq Məscidinin mərasim evində təşkil olunan xeyriyyə süfrəsinə tanınmış incəsənət adamları, xarici ölkələrdən olan qonaqlar, Binə qəsəbəsi, eləcə də Bakının müxtəlif yerlərindən gələn insanlar da qatılırlar. İş adamı Əli Həsənov deyir ki, bəzi mağazaların sahibləri ərzaqların xeyriyyə məqsədilə alındığını biləndə güzəştlər də edirlər. İmsak süfələrinə qatılan sadə insanlar da iş adamı Əli Həsənovun bu savab əməlindən ruhlanaraq öz evlərindən süd, meyvə, şirniyyat və digər məhsulları hazır vəziyyətdə gətirməklə xeyriyyə tədbirinə qoşulurlar. Xeyriyyə aksiyasında iştirak edən qadınlara hədiyyələr də verilir. İş adamı Əli Həsənov bundan əvvəl belə xeyriyyə tədbirini 2019-cu ildə Ordubadın Dəstə kəndində təşkil edib. Lakin sonrakı illərdə koronavirus pandemiyası ilə əlaqədar belə xeyriyyə aksiyalarına fasilə verilib. Bu il isə iş adamı yenidən ruhlanaraq Ramazan ayının əvvəlindən sonunadək savab əməlini yenidən davam etdirməyi qərarlaşdırıb. Ramazan ayının son günündə isə bayram süfrəsi açmağı planlaşdırıb.