Çexiyalı Anqes öz fırçası və mavi boyası ilə bütün divarları çiçəyə boyayır 90 yaşlı qadın təqaüdə çıxdıqdan sonra “mən evdə otura bilmərəm” deyib, özünə yeni peşə seçir və onun seçdiyi bu peşə bir qəsəbəni sənət qaleriyasına çevirir.
Yaşının çox olması onu sevdiyi sənəti öyrənib tətbiq etməkdən ayıra bilmədi. 90 yaşlı Aqnes, təqaüdə çıxdıqdan sonra qonşu kəndin qadınlarından yağlı boyayla gül rəsimləri çəkmə sənətini öyrənir. Və beləliklə hər şey bundan sonra başlayır. Aqnes Kasparova, yaşadığı, Çexiyanın cənubunda yerləşən Louka qəsəbəsində hər yaz və yay aylarında qəsəbənin pəncərə və divarlarını mavi çiçəklərlə boyamağa başlayır. Əvvəllər dizayner olaraq işləyən Aqnes Kasparova , Çexiyanın ənənəvi Moravya sənətindən təsirlənərək gözəl əsərlər yaradır. Yaşlı qadın çəkdiyi divar şəkilləriylə bütün qəsəbəni bir sənət qaleriyasına çevirib.