QƏSƏBƏ SAKİNİ MİNNƏTDARLIĞINI BİLDİRDİ
Baxış sayı: 11
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, habelə rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı üzrə dövlət proqramlarının icrası, eləcə də rayonda aparılan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər qanunvericiliyin tələbləri çərçivəsində araşdırılması üçün qeydiyyata alınıb və aidiyyəti üzrə baxılması məqsədilə məsul vəzifəli şəxslərə konkret tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Zərdabi qəsəbəsində inşa edilən Vətən müharibəsi şəhidləri Musa Məhəmmədovun və Səttər Piriyevin bulaq-xatirə komplekslərinin, həmçinin Zərdabi qəsəbə tam orta məktəbinin qarşısında qoyulan Birinci Qarabağ müharibəsi şəhidi Bayram Şixəmirovun büstünün önünə gül dəstələri düzüblər.
