QƏRB TÜRKİYƏNİN GƏRÇƏK GÜCÜNÜ ANLADI
Baxış sayı: 603
Son bir neçə ayda Ankarada baş gicəlləndirici diplomatik axın müşahidə olunur. Ukrayna müharibəsi başlanandan bəri qonaq-qaralı olan tez-tez Avropalı liderləri qarşılayan Türkiyə paytaxtına təkcə 2 həfdə ərzində ona yaxın yüksək səvyəli səfər gözdənilir. Ziyarət siyahısında Almaniya , Norveç, İrlandiya kimi Avropa ölkələrinin xarici siyasət rəhbərlərinində adı yer alır. Bəs Avropadan Türkiyəyə getdikcə artan səfər intensivliyinin səbəbi nədir? Ekspertlərlərinin fikrincə bu ilk növbərə Ukrayna bohranının diplomatik yolla aradan qaldırılmasında Türkiyənin mühim rolu ilə bağlıdır. Prezident Rəcab Tayyib Ərdoğanın siyasi gedişi isə Ankaranı beynəlxalq arenada o cümlədən Avropa qarşısında daha iddialı bir nöqtəyə gətirir.
Suriya İraq, Liviya, Qarabağ probleminin həllində əhəmiyyəti meydana çıxan Türkiyənin adı indi Avropa paytaxtlarında tez-tez hallanır. Mütəxəssisləin müşahidələrinə görə Ankaranın təcrübəli lideri ilə sıx əməkdaşlıq ounla tez-tez görüşmək eyni zamanda şərtlərinə əməl etmək indi qərb üçün daha vacib və ağıllı addımdır.