QƏNİRƏ PAŞAYEVA AMM-DƏ ÖZBƏKİSTANIN MƏDƏNİYYƏT XADİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkənin elm, mədəniyyət, incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və jurnalistlərlə görüşüb. Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Qənirə Paşayevanın jurnalist və deputat kimi fəaliyyəti haqqında məlumat verib, bu günlərdə Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində yüksək səviyyədə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini diqqətə çatdırıb. Direktor böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilində çap etdirdiyi “Xəmsə”nin Daşkənddə təqdimatının keçirildiyini də diqqətə çatdırıb.