QƏLƏMLƏ YAZMAMAQ BEYNİMİZİ PASSİVLƏŞDİRİR

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. Alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb.Əsasən klaviatura, telefon və kompüter

istifadə edilir. Statistika getdikcə pisləşir. Hər 3 insandan biri yarım il ərzində cəmi yarım vərəq qədər əllə yazı yazır.

Alimlərin apardığı tədqiqatda rəyi soruşulan 2000 nəfərin yarısı qələmlə yalnız bloknot və stikerdə qısa qeydlər etdiklərini bildirib. İştirakçıların yarısının yazı xəttinin pozulması, pisləşməsi və yazı qrammatikasının pozulması müşahidə edilib.Qeyd edək ki, uşaq bir neçə hərfdən söz yazmağı, sonra isə bir neçə söz yazaraq cümlələr qurmağı öyrənəndə eyni vaxtda beynində keçid mexanizmini inkişaf etdirir ki, bu da beynin daha mükəmməl inkişafı üçün çox vacibdir. Alimlər bildirir ki, insanlar qələmlə, əllə yazı yazmaqdan sürətlə uzaqlaşırlar. Belə templə insanların klaviatura və çap yazısından tamamilə asılı olacağını və beynin əllə yazı vərdişini unudacağını proqnozlaşdırırlar.

 

 

{youtube}w_qOytGgRBk[/youtube}