QƏBƏLƏDƏ BEYNƏLXALQ YARIŞ BAŞLAYIB

Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Tədbirlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ rayon İcra Hakimiyyətinin  dəstəyi ilə keçirilir.