QƏBULLA BAĞLI QEYDİYYAT 29 MAYADƏK DAVAM EDƏCƏK

Dövlət İmtahan Mərkəzi 2022-2023-cü tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib. Bu müddət ərzində namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidir. Nəzərinizə ki, İmtahanda iştirak ödənişlidir. Bunun üçün iddiaçılar “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına tələb olunan 110 manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2022-ci il iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.