Bakı-Quba- Rusiya sərhədi avtomobil yolunun 178 km – də yerləşən Qusarçay körpüsündə qəza vəziyyəti yaranıb.Körpü hər an uça bilər.Körpü qəza vəziyyətində
olduğundan ərazidən alternativ yol çəkilmişdi və çayın üzərində körpü quraşdırılmışdı.Lakin çayda suyun kəskin şəkildə artması nəticəsində alternativ yol tamamilə sıradan çıxıb və hazırda avtomobillər əvvəlki körpüdən istifadə edirlər ki,həmin körpüdə də qəza vəziyyəti var. Bu da avtomobillərin hərəkəti üçün olduqca təhlükə yaradır. Uzunluğu 146 m,eni 10 metr olan 8 aşırımlı körpü 1972 ildə istismara verilib.Bir neçə ildir ki,körpünün hərəkət hissəsində çatlar və dəliklər yaranıb.Son vaxtlar isə çayın gətirdiyi sel suları körpünün aşırımlarında uçulmaq təhlükəsi yaradıb.Körpüdən keçən sürücülər ,eləcə də piyadalar burada hərəkətin çox təhlükəli olmasını bildirirlər.Qeyd edək ki,uzunluğu 32 km olan ,22 min əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı qəsəbə-Quxuroba avtomobil yolunda əsaslı təmir işləri ötən ilin sonlarından etibarən davam etdirilməkdədir.Yolun asfaltlanmasının birinci mərhələsi başa çatıb.İnşaatçılar Qusraçay körpüsünü təmirə bağlamaq fikrində olsalar da qeyri sabit,yağıntılı hava şəraiti prosesi ləngidir.Onu da qeyd edək ki, son günlər adı çəkilən yolda kənd təsərrüfatı məhsullarının daşınması intensivləşib.Qeyri-sabit,yağıntılı hava şəraiti tez-tez təkrarlandığından çayda suyun həcmi də kəskin artıb.Odur ki,hazırda alternativ yolun inşası da qeyri mümkündür.