QUSARDA HEYVANLAR XƏSTƏLİKLƏRƏ QARŞI VAKSİNASIYA EDİLİR

 Yanvar ayının ilk günlərindən başlayaraq Qusar rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Rayon təsərrüfatlarında 40420 baş iri buynuzlu, 83177 baş xırda buynuzlu, 266 baş donuz, 4125 baş it, 1158 baş tək dırnaqlı və 15540 arı ailəsi mövcuddur.

Heyvanlar arasında epizootiya əleyhinə profilaktika tədbirlərinin keyfiyyətinin artırılması baytarlıq məntəqələrinin mütəxəssislərinin səmərəli fəaliyyətinin təmin edilməsi,vaksin itkisinin qarşısının alınması və ətraf mühitin təhlükəsizliyinin təmin olunması məqsədi ilə heyvanların sayından və kəndlərin böyüklüyündən asılı olaraq hər bir yaşayış məntəqəsində bir və ya iki yerdə fiksasiya dəzgahı olan heyvan toplama məntəqələrinin quraşdırılması İƏN-dən və bələdiyyələrdən xahiş olunur.