QUSAR RAYONUNUN FÜSUNKAR TƏBİƏTİ TURİSTLƏRİ İLİN BÜTÜN FƏSİLLƏRİNDƏ MƏFTUN EDİR

Qusar-Ölkəmizin şimal-şərqində, Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın ən gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür.

Burda həm yayda və həmdə qışda istirahət etmək olar. İlin bütün fəsillərində turist qəbul edən turizm mərkəzinə ən çox qışda turist gəlir. Buraya MDB ölkələri ilə yanaşı digər xarici ölkələrdəndə turist axın edir. Qarın çox olması turistlərin çoxluğuna səbəb olub. Hər tərəf ağappaq olduğuna görə paytaxt Bakıdanda turist çox gəlib. Burada kimisi kanata minir, kimisi xizək sürür və sözün əsl mənasında qarın ləzzətini çıxarırlar. Şahdağa gələn turistlərin çoxusu ailəlikcə gəlir. Qarı görən balacalar çox sevinir. Qar bir neçə gün öncə yağsada saat 16:00 olan kimi istirahət zonasında qarpüskürdücü generatorlar işə düşür və süni təbii qarın üstünə səpir ki, buda əriməyin qarşısını alır. Şahdağda ən çox həftə sonu turist çox olur. Xatırladaq ki, Şahdağ turizm zonası paytaxt Bakıya ən yaxın turizm zonasıdır.