QURTULUŞ GÜNÜ İLƏ BAĞLI QUBADA TƏDBİR KEÇİRİLİB
Baxış sayı: 1113
Çağdaş Azərbaycan tarixinin parlaq səhifəsi olan 15 iyun-Milli Qurtuluş günü münasibəti ilə ölkəmizin hər yerində olduğu kimi Qubada da tədbir keçirilib.Quba rih başçı ziyəddin əliyev çıxış edərək 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışıb. O, bildirdi ki, 15 iyun hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biridir. Əhəmiyyətinə görə bu tarix dövlətçiliyimizin və müstəqilliyimizin bütün təhlükələrdən qurtuluşu günüdür. Icra başçısı həmçinin çıxışında bildirdiki ,Ötən dövrdə ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi hərtərəfli inkişaf etdirərək onu Cənubi Qafqazın liderinə çevirdi. Elə bu nüfuzun, gücün nəticəsidir ki, Azərbaycan ötən il 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını qəsbkarlardan azad etdi. Əgər ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü pozmuş qara əlləri kəsərək bu müstəqilliyin tamlığını bərpa etdi.Konfransda çıxış edən digər ziyalılar müstəqilliyimizin möhkəmlənməsində və əbədi olmasında Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etdilər.