QURBANLIQ HEYVANLARI HARDA KƏSƏ BİLƏRİK ?

İyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Məqsəd sözügedən xidmətin norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsidir. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar təqdim olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün ayrılan xüsusi məntəqələrə müraciət edə bilərlər.