QURBAN BAYRAMI İLƏ BAĞLI XƏBƏRDARLIQ

Bayram günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində

həyata keçirilən tədbirlərin miqyası genişləndirilib. DAİM-nin heyvandarlıq sektorunun müdiri Aydın Qədiməliyev bildirilib ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri bu bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyenik normalara cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçirməyi bir daha tövsiyə edir. Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Qeyd edək ki, AQTA-i vətəndaşlara müraciət edərək bildirir ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda aidiyyatı qurumlara məlumat versinlər.