QURBAN BAYRAMI HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK
Baxış sayı: 583
Bu gün ölkəmizdə qurban bayramı qeyd edilir. Bu müqəddəs bayram haqqında maraqlı bilgiləri sıradakı yeniliyimizdən izləyək.
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayan bayram adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir
Din xadiminin sözlərinə görə qurbanlıq 3 hissəyə bölünməlidir. Qurbalıq qoyunu haram süfrələrə qoymaq, şəriətin haram buyurduğu içkilərlə qeyd etmək olmaz. Bu allaha qarşı üsyan kimi qiymətləndirilir.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır.