QUBAYA YAĞAN GÜCLÜ QAR ÇƏTİNLİKLƏR YARATDI
Baxış sayı: 11
Qubada bir neçə gün davam edən günəşli havanı dünən gündüz saatlarından etibarən qeyri-sabit hava şəraiti əvəz edib.
İki gün yağan yağış və dumanlı hava şəraiti dünən gecə saatlarından etibarən qara keçib. Quba ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb. Bunu nəzərə alan yol polisləri qabaqlayıcı profilaktik tədbirlər keçirməklə bir çox xoşagəlməz hadisələrin qarşısını alıblar. Qubadakı Regional Şimal-Şərq Hidrometerologiya Mərkəzindən verilən bilgiyə görə görə, bölgə üzrə ən aşağı temperatur - 8 dərəcə olmaqla Qubanın Xınalıq kəndində müşahidə edilib. Quba ayonunun kommunal strukturları, rayon ərazisində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə və piyada səkilərindən, avtobus dayanacaqları qarşısından təmizlənməsi işlərini aparıblar. Qeyd edək ki, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılır, eyni zamanda, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri aparılır.Regional Şimal-Şərq Hidrometerologiya Mərkəzinin verdiyi bilgiyə əsasən Mart ayının 1-i və 2- sinə qədər şiml bölgəsinin bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Martın 2- si gecə saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Ümumiyyətlə mart ayının ilk ongünlüyü havanın yağıntılı olacağı gözlənilir.
