QUBAYA 10 SM HÜNDÜRLÜKDƏ QAR YAĞDI
Baxış sayı: 20
Quba rayonuna mövsümün ilk qarı düşüb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən QafqazTV-yə bildiriblər ki, qar ən çox Qubanın Xaltan kəndinə yağıb. Hazırda şimal bölgəsinin bəzi hissələrinə qar yağmaqda davam edir. Ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətinə bəzi maneələr yaradıb. Əraziyə Quba rayon 5 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir.Mövcud hava şəraiti ilə əlaqədar şimal bölgəsinin bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər. Bunu nəzərə alan yol polisləri qabaqlayıcı profilaktik tədbirlər keçirməklə bir çox xoşagəlməz hadisələrin qarşısını alırlar. Qeyd edək ki, Azərbaycanın şimal bölgəsində yağmurlu hava şəraiti davam edir. Havanın şaxtalı olması səbəbindən bu gecə yolların yenidən buz bağlayacağı ehtimal olunur.
