Qubanın Şahdüzü və ya Şah Yaylağı Şimal regionun ən tarixi və turistik məkanlarındandır. Xınalıq kəndindən 14 km məsafədə yerləşən bu məkan ekoturizm həvəskarları üçün əla məkandır.
Hazırda bura piyada və ya atla turlar təşkil olunur. Qubalı ziyalıların buranın adının Şahdüzü, Şah Yaylağı adlandırlılması ilə bağlı müxtəlif qaynaqlardan oxuduqları bilgilərə əsasən bu yer Səfəvi hökmdarı I Şah Abbasın adı ilə bağlıdır. Son dövrlərdə yaylaq turizminin inkişafına yönələn işlər Azərbaycanda belə turizm potensialı böyük olan məkanların tanıdılmasına səbəb olub. Yaylaq turizminin inkişafının başlıca üstünlüklərindəın biri isə milli gələnəklərimizin tanıdılması, eyni zamanda bu ərazilərin iqtisadi yüksəlişinin təmin olunmasıdır. Bu baxımdan ziyalıların da bildirdiyi kimi, bir zamanlar şah yaylağı olan, məhsul bayramlarının keçirldiyi Şahdüzü, Şah Yaylağı Qubanın turizm potensialı böyük olan məkanlarındandır.