QUBANIN RUSTOV KƏNDİNİN KÜÇƏLƏRİ GÜNƏŞ ENERJİSİ İLƏ İŞIQLANDIRILIR

Qubanın Rustov kəndinin küçə işıqlandırılması üçün günəş enerjisindən istifadə olunur.

Dövrümüzdə əhalinin sayının artması, iqtisadiyyatın, o cümlədən, enerji tutumu çox olan sənayenin inkişafı, məişətdə istifadə olunan elektrik cihazlarına və enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırıb. Belə bir zamanda bir çox dövlətlər bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına üstünlük verir .Ölkəmizdə də bərpa olunan enerji mənbəyi olan günəş enerjisinin istifadəsinə geniş yer verilir. Nəinki rayonlarda hətda kəndlərdə də günəş enerjisi ilə çalışan işıq dirəkləri quraşdırılır . Rusto Kəndinin əsas küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb. Artıq 4 ildir bu kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır. buna qədər Kəndin küçələrinin qaranlıq olması yol qəzalarının artmasına və əhalinin yoldan istifadəsinə çətinlik törədirdi. 2016-cı ildə reallaşdırılan layihədən kəndin 1600 nəfərdən çox sakini faydalanır. Onuda nəzərinizə çatdıraqki , Panellər quraşdırılarkən ərazinin relyefi və günəşin düşmə bucağı düzgün hesablanmalıdır. Günəş enerjisi hesabına davamlı elektriklə təmin olunan sistem, elektrik enerjisinə xərcləri azaltmaqla yanaşı, ətraf mühitə də müsbət təsir edir.