QUBANIN QARXUN KƏNDİNDƏ BAŞ VERƏN YANĞIN SÖNDÜRÜLÜB

 Qubanın Qarxun kəndində baş verən yanğın söndürülüb. Güclü yanğın nəticəsində 3 ev 5 tövlə və ot tayaları yanıb.

Rayon mərkəzindən 70 km məsafədə yerləşən Qarxun kəndində başlayan yanğını söndürmək üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı,Xüsusi Riskli Xilasetmə Xidmətinin, şimal Regional Mərkəzinin, Mülki Müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində sakinlərdən heç kim xəsarət almayıb.Hadisə yerində olan Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev kənd sakinlərinə bildirib ki,zərərçəkmiş sakinlərə hər cür dəstək göstəriləcək. Qeyd edək ki,Yanğın söndürülüb və ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.