QUBANIN İCRA BAŞÇISI ZİYƏDDİN ƏLİYEV SAKİNLƏRLƏ GÖRÜŞÜB

Quba rayon icra hakimiyyətində müxtəlif məzmunlu çoxsaylı müraciətlər nəzərə alınaraq mövcud karantin rejimi qaydaları çərçivəsində vətəndaş qəbulu keçirilib.

İcra hakimiyyətinin inzibati binası qarşısında vətəndaşları qəbul edən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev onların istək və qayğılarını dinləyib.İcra başçısı müxtəlif məzmunlu müraciətlərin həlli məqsədilə aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib.Yeri gəlmişkən, Qubanın Mirzəqışlaq kəndinin sakinləri də suvarma suyu çatışmazlığı,kənd yolunun təmiri və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması istəyilə rayon icra hakimiyyətinə müraciət etmişdilər.Bu gün növbəti dəfə Mirzəqışlağa gedən icra başçısı Ziyəddin Əliyev sakinlərlə görüşüb və onların istəklərinin yerinə yetirildiyini,kənd yolunun isə əsaslı təmirinə başlandığını vurğulayıb. Mirzəqışlaqlılar görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər. Son günlər Qubada leysan yaxışlar səbəbindən sel-daşqınların fəsad törətdiyi kəndlər sırasında Çartəpə də var.Sel-sular kəndin mərkəzindəki keçid-körpüdə fəsadlar yaradıb.Nəticədə ətraf əraziləri və həyətləri su basıb. Hadisə yerinə gələn rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev sabahdan başlayaraq yeni ötürücü körpünün inşa olunmasına başlanacağını və tez bir zamanda istifadəyə veriləcəyini bildirib.Çartəpəyə yeni asvalt yolun çəkilməsindən razılıq bildirən sakinlər bu kəndin elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması,köhnə odun işıq dirəklərin müasir ötürücü dirəklərlə əvəzlənməsi xahişini də ediblər.Qeyd olunan məsələ istiqamətində də sabahdan işlərə başlanacağı vurğulanıb.Çartəpəlilər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması,vətəndaş məmnunluğu istiqamətində görülən işlərə görə dövlət başçımız İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.