QUBANIN BAĞBANLI QƏSƏBƏSİNDƏ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLİB

Quba rayonunun Bağbanlı qəsəbəsində əsaslı təmir olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib.Bağbanlı qəsəbə 16 saylı körpələr evi-uşaq bağçası 35 yerlikdir. Birmərtəbəli, 8 otaqdan ibarət binanın ümumi sahəsi 300 kvadratmetrdir.Otuz ilə yaxındır fəaliyyət göstərən tədris müəssisəsi uzun müddət idi təmir olunmamışdı. Bu ilin yanvar ayından başlanan yenidənqurma işləri çərçivəsində bağça binasının dam örtüyü yenilənib, müasir istilik və işıqlandırma sistemləri qurulub.Açılış mərasimində bildirilib ki, balacaların zövqünə uyğun qurulan uşaq bağçası onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, tibb otağı, həyətdə isə istirahət guşələri yaradılıb.Yeni istifadəyə verilən uşaq bağçası-körpələr evində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki,mərhələli qaydada bütün bağçalar əsaslı təmir olunacaq.Azyaşlılar dövlət qayğısının isti nəfəsini müasir tələblərə cavab verən yeni körpələr evlərindən hiss edəcəklər