Quba rayonunun Birinci Nügədi kəndində 792 şagird yerlik, üçmərtəbəli məktəb binası inşa edilir. Məktəb binasının tikintisi ilə tanış olan Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki,
binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq. 3500 kvadratmetr sahəni əhatə edən yeni binada hazırda işlərin böyük əksəriyyəti başa çatdırılıb. Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin iyun ayından başlanılıb. Hazırda binanın daxilində son tamamlama işləri görülür. Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikilib.Ərazidə yeni idman meydançasının inşası da nəzərdə tutulur. Məktəb binasının tikintisinin yeni tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulur. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin və kənd bələdiyyəsinin inzibati binasında aparılan əsaslı təmir işlərinə də baxış keçirib.İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Babək Orucov rayon icra hakimiyyətinin başçısına məlumat verib ki, 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin və kənd bələdiyyəsinin inzibati binası 1958-ci ildən istismardadır.Ötən müddət ərzində bu binada heç bir təmir işi aparılmayıb.Hazırda isə əsaslı təmir olunan inzibati binada qapı və rəncərələr yenilənib.Binanın fasadı yenidən suvanıb və rənglənib.Dam örtüyünün də yenilənməsi nəzərdə tutulan binada hazırda daxili otaqlarda təmir işləri yekunlaşmaq üzrədir.Həyətdə abadlıq işlərinin aparılması,müasir işıqlandırma sisteminin quraşdırılması və dekorativ yaşıllıqların salınması da nəzərdə tutulur.Həmçinin Nizami Gəncəvinin ərazidəki abidə kompleksi də yeni dizayn formatında yenilənəcək.