QUBALILAR ZƏFƏR GÜNÜNÜ QEYD ETDİLƏR

“8 Noyabr - Zəfər Günü” Quba Rayonunda təntənə ilə qeyd olunub. Əvvəlcə Quba rayon Şəxidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub,məzarlara tər güllər düzülüb. Daha sonra Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri , din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.Rayon rəhbəri və tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin və gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının rəsmləri nümayiş etdirilib.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra Quba Mədəniyyət Mərkəzinin Zəfər günü ilə bağlı hazırladığı film nümayiş olunub. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Zəfər Günü münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı Qələbə nəticəsində tarixi ədalətin bərpa olunduğunu bildirmişdir. Zəfərin əldə edilməsində müstəsna əməyi olmuş şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramını vurğulamış, ölkə rəhbərliyinin və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğını qeyd etmişdir.Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, Quba və Bakının tanınmış incəsənət ustaları musiqi nömrələri ilə çıxışlar etdilər. Tədbir “Quba Meydanı” mədəniyyət və istirahət parkında möhtəşəm Zəfər atəşfəşanlığı ilə başa çatıb.