QUBALILAR ZƏFƏR GÜNÜNÜ BELƏ QEYD ETDİLƏR
Baxış sayı: 291
Quba rayonunda Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul şəxsləri və bir qrup rayon ictimaiyyətinin nümayəndəsinin iştirakı ilə rayonun Şəhidlər Xiyabanı ziyarət olundu. Sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər. Ardınca Quba “ASAN xidmət” mərkəzinin ərazisində təşkil edilmiş sərgiyə baxış keçirildi. Daha sonra Quba “ASAN xidmət” mərkəzinin Kinokulubunun qarşısında Zəfər Günü münasibətilə ümumrayon tədbiri və konsert proqramı keçirildi. Tədbir atəşfəşanlıqla başa çatdı.