QUBALI ŞƏHİD ÜMİD HƏSƏNOVUN ANIM TƏDBİRİNDƏ İZDİHAM YAŞANDI

Qubanın İsnovqışlaq kəndində keçən il 12-14 sentyabr hadisələrində qəhrəmancasına şəhid olmuş Ümid İlqar oğlu Həsənovun anım mərasimi keçirilib.  Anım mərasimi İsnovqışlaq kənd

qəbiristanlığında şəhid Ümid Həsənovun məzarının ziyarəti ilə başlayıb.  Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, atasız böyüyən Ümid Həsənov ailənin yeganə oğul övladı, iki bacının tək qardaşı idi. 21 yaşında Vətənin müdafiəsində qəhrəmancasına canından keçən Ümid Həsənovun anım tədbiri izdihamlı keçib.