23 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun Ərməki kəndində Vətən Müharibəsi qazisi, 3-cü qrup əlil Nəsrullayev
Elgün Midhəd oğlu üçün Rayon İcra Hakimiyyəti tərəfindən tikilməkdə olan evdə inşaat işlərinin gedişi ilə ətraflı tanış olub. Rayon rəhbəri tikintinin gedişatı ilə bağlı aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlarını verib.Qazi Elgün Nəsrullayev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərinə təşəkkür edib.