QUBALI QAZİNİN TOY MƏCLİSİ KEÇİRİLİB
Baxış sayı: 557
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, RİHB aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi və rayon ictimaiyyətinin nümayəndələri Vətən Müharibəsi iştirakçısı Əkbərov Heybətqulu Təvəkkül oğlunun toy məclisində iştirak ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev toy məclisində çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua vermiş, onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik etmiş, şəhid ailələrinə və qazilərə, həmçinin Vətən Müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından ətraflı danışmışdır. Ziyəddin Əliyev qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışaraq Heybətqulunun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı ailə başçısı olacağını bildirib.