QUBALI QAZİNİN TORPAQ MƏSƏLƏSİ HƏLL EDİLDİ
Baxış sayı: 490
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhər İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.