QUBALI PƏHLƏVAN DÜNYA İKİNCİSİ OLUB

Yunan – Roma güləşi üzrə yığmamız İtaliyada 17 yaşadək idmançıların Dünya çempionatında ikinci yeri tutub. Belə ki, Romadakı yarışa 12 idmançı ilə qatılan komandamızın 7 üzvü mükafatçılar sırasına düşüb. Təmsilçilərimizdən Fərahim Mustafayev 55, Davud Məmmədov 71, İsmayıl Rzayev isə 80kq. – da gümüş mükafatın sahibi olub. 4 nümayəndəmiz isə bürünc medal qazanıb. Hüseyn Savadov 45, Səid Xəlilov 48, Vədad Qasımlı 51, Məzaim Mərdanov isə 110 kq çəkidə fəxri kürsünün 3 – cü pilləsinə qalxıb. Onu da qeyd edək ki, dünya ikincisi olan Fərahim Mustafayev Quba güləş məktəbinin yetirməsidir.