QUBALI İDMANÇI TİFLİSDƏ UĞUR QAZANDI
Baxış sayı: 50
Qubalı döyüşçü Şahnur Mehdiyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Ciu-citsu idman növü üzrə AJP beynəlxalq turnirində uğurlu çıxışı ilə fərqlənib. 77 kiloqram çəki dərəcəsində yarışan Şahnur Mehdiyev ilk mərhələdə türkiyəli rəqibinə qalib gəlib. Gürcü və qazax idmançılar üzərində qazandığı ardıcıl qələbələrdən sonra isə final mərhələsinə yüksəlib. Gərgin keçən final döyüşündə amerikalı idmançıya məğlub olaraq turnirin gümüş medalına sahib çıxıb. Beynəlxalq turnirdə gümüş medal qazanmış idmançımızı böyüdüyü Qubada idmançılar və ictimaiyyət nümayəndələri hərarətlə qarşıladılar. Qarşılanmadan sonra Şahnur Mehdiyev maşın karvanının müşayəti ilə doğulduğu Qırmızı Qəsəbəyə yola düşüb. Biz də öz növbəmizdə idmançımıza gələcək yarışlarda uğurlar diləyirik.